Millimizin yubileyi: İlk oyundan düz 25 il keçir...

Bu gün futbol üzrə Azərbaycan milli komandasının yubileyidi. Millimizin ilk oyununu keçirməsindən 25 il ötür. 

1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik qazanan respublikamız milli komandasını yaratmalı idi. Bundan sonra isə qarşıya daha vacib və çətin şərt olan FİFA və UEFA-ya üzv olmaq məsələsi çıxırdı.

1992-ci ilin martın 26-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaradıldı. Qurumu. FİFA və UEFA-ya üzv olunmaq üçün ilk növbədə millimiz yoldaşlıq oyunu keçirməli və matçın rəsmi protokolunu bu qurumlara göndərmək lazım idi. AFFA-nın ilk prezidenti seçilən Fuad Musayev tez bir zamanda Gürcüstan Futbol Federasiyasının prezidenti ilə danışaraq ilk ölkənin milli komandaları arasında yoldaşlıq oyunu keçirilməsi haqda razılıq əldə olunur.

Beləliklə, millimiz 1992-ci il sentyabrın 17-də Əhməd Ələsgərovun rəhbərlik etdiyi millimiz tarixində ilk oyununa çıxır.  Gürcüstan yığması ilə səfərdə - Gürcaani şəhərində keçirilən yoldaşlıq görüşündə hesabı meydan sahibləri açsa da, yığmamız fasiləyə 3 dəqiqə qalmış Nazim Süleymanov hesabı bərabərləşdirir. Bununla da millimizin ilk kapitanı həm də komandamızın ilk qolunun müəllifi kimi tarixə düşür. 

Gürcülər ikinci hissədə 23 dəqiqədə qapımıza 4 dəfə yol tapır. 77-ci dəqiqədə Vidadi Rzayev komandamızın 20ci qolunu vuraraq hesab arasındakı fərqi azaldır. Ancaq bundan 2 dəqiqə sonra rəqib penaltidən 6-cı qolu millimizin qapısından keçirir. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Süleymanov qoyur. Kapitan gürcülərin qapısına təyin edilən penaltini dəqiq yerinə yetirərir. Beləliklə, Süleymanov milli komandamızda təkcə ilk qolun deyil, həm də ilk penalti və ilk dublun müəllifi kimi tarixə düşür.

Qeyd edək ki, millimiz böyükhesablı məğlubiyyətlə başlayan tarixin arxada qalan 25 ilində isə millimiz 232 matç keçirib.

17 sentyabr, 1992

Gürcüstan – Azərbaycan - 6:3
Qollar:
 David Kizilaşvili, 30 (1:0), Nazim Süleymanov, 42, (1:1), David Kizilaşvili, 48 (2:1), Georgi Daraseliya, 52 (3:1),  Şota Arveladze, 69 (4:1),  Kaxaber Qoqiçaişvili, 71-pen.(5:1), Vidadi Rzayev, 77 (5:2), Giya Cişkariani, 79-pen.(6:2), Nazim Süleymanov, 85-pen.(6:3)

Gürcüstan: Akaki Devadze (David Canelidze, 75), Malxaz Arziani, Dmitri Kudinov, Kaxaber Sidamonidze (Georgi Nemsadze, 46), Giya Cişkariani, David Somaya, Georgi Daraseliya (Georgi Kinkladze, 53), Kaxaber Qoqiçaişvili (Mixail Kavelaşvili, 75), Revaz Arveladze, David Kizilaşvili, Şota Arveladze (David Canaşiya, 75)
Baş məşqçi: Anatoli Norakidze

Azərbaycan: Dmitri Kramarenko (Elxan Həsənov, 54), Aydın Ələkbərov (Vüqar İsmayılov, 54/Elman Sultanov, 76), Elşad Əhmədov, Tərlan Əhmədov, Zaur Qarayev, Emin Ağayev, Mahmud Qurbanov (Qurban Qurbanov, 46), Şahin Diniyev, Vidadi Rzayev, Nazim Süleymanov (k), Samir Ələkbərov (Kamil Bayramov, 70).
Baş məşqçi: Əhməd Ələsgərov
Hakim: Quram Sepiaşvili (Gürcüstan)
Gürcaani. Şəhər stadionu, 3000 tamaşaçı.(sport24)