Qurban Qurbanov: "Bu cür məlumatları heç kəsə bildirmirik"

Topaz Premyer Liqasının V turu çərçivəsində “Kəpəz”i evdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçsonrası mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis yetirmələrindən razı qalıb.

- Komandamdan razı qaldım. Bilirdik ki, "Kəpəz" daha çox müdafiəyə diqqət yetirəcək. Çempionlar Liqasından sonra çempionat oyununa çıxmaq istər-istəməz bir qədər çətin olur. Lakin yetirmələrimdən və nəticədəb razıyam.

-    Şehiçin cəzalanması xəbəri nə dərəcədə həqiqətəuyğundu?
-    Bizimlədi. Olsa belə, bu cür məlumatları heç kimə bildirmirik.

-    Pedro və Elyunusinin oyunundan razı qaldınız?
-    Onlardan razı qala bilmərəm. Çünki hələ komandaya uyğunlaşa bilməzlər. Üstəlik ÇL-dən sonra daxili çempionata köklənmək çətindi. 

-    Uzun müddətdən sonra Dani Kintana meydana döndü. Məmnun qaldınız?
-    Sevinirəm ki, qol vurdu. Ancaq yanvardan bəri demək olar futbol oynamırdı. Formasını bərpa etməsi üçün 5-6 oyuna ehtiyac var. Ancaq əzmkarlığı, qol vurması bizi sevindirdi.

-    Ağabala Ramazanovu 23-lükdə görmədik. Səbəbi nə idi?
-    Son məşqdə əvvəlki zədəni, əzələsindəki ağrıları hiss etdi. Risk etmək istəmədik. Sabah daha geniş informasiyamız olacaq.