Roman Qriqorçuk: "Burda olduğum müddətdə həmişə fikirlərimi açıq deyəcəm, heç kimdən qorxmuram"
Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Səbail” – “Qəbələ” (1:3) matçından sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis jurnalustlərin suallarını cavablandırıb.
- Holideyin epizodunda ofsayd var idi?
- Holideyin fərqləndiyi epizodda əmin idim ki, ofsayt yox idi. Biz oturduğumuz yerdən elə görünürdü.
- Cavid Hüseynovun zədəsi nə yerdədi?
- Ondan soruşdum. Qorxdu ki, nəsə ciddi bir şey ola bilər. Ona görə də vaxtında əvəzlədim.
- “Sumqayıt”la oyundan sonra da hakimləri tənqid etmişdiniz. Düşünmürsünüz ki, Fariz Nəcəfovun AFFA rəhbərliyini tənqidi əks təsir edir?
- Burda olduğum müddətdə həmişə fikirlərimi açıq şəkildı deyəcəm, heç kimdən qorxmuram. Demirəm ki, hakimlər istəyərk edir. Amma əvvəlki illərdə səhvlər görmüşük deyə danışmalıyıq.
- Bugünkü hakimliyi necə dəyərləndirirsiniz?
- Skamyada ofsayt olmadığını görürük, amma hakimlər rahat yerdən epizodu görümür.
- İlk yarıda Dabodan narazı idiniz. Sizcə, soyuq başla düşündükdə ona qarşı haqsızlıq etdiyinizi düşünmürsünüz?
- İlk yarıdan soyuqqanlı idim. Kiməsə etiraz edirəmsə, bu mənim haqqımdı, demək ki, nəsə səbəb var.
- Deyəsən hələ də yaş limitinə uyğun gələn oyunçunu tapa bilməmisiniz. Hər dəfə fərqli futbolçuları buraxırsınız...
- Əlimizin altında 5-6 gənc oyunçu var, onlara inanırıq. Hazırda istəyimizə Qismət Alıyev cavab verir, amma digərlərinə inanırıq.