Qurban Qurbanov Ansi Aqollinin son durumuna aydınlıq gətirdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Ansi Aqollinin son durumu ilə bağlı məlumat verib. Təcrübəli mütəxəssis albaniyalı müdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunda "Roma" ilə oyuna kimi hazır olacağını bildirib: “Ansinin "Sumqayıt”la qarşılaşmada olmayacağı dəqiqdir. Yəqin ki, “Roma” ilə matça qədər hazır olacaq. Amma indi dəqiq bir söz demək olmur".  

Qeyd edək ki, 35 yaşlı sol cinah müdafiəçisi millisinin heyətində Makedoniya ilə oyunda zədələnib.