Elyunussi yalan danışdığını etiraf etdi: "Qarabağ"a gəlməklə səhv etməmişəm və onunla böyük nəticələr əldə edə bilərəm"

"Qarabağ”ın norveçli futbolçusu Tarik Elyunussi Topaz Premyer Liqanın 5-ci turunda "Kəpəz”ə qalib gəldikləri oyundan (2:0) sonra brifinq keçirib. Milli çempionatımızda debüt edən yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Premyer Liqamızda debüt matçında azarkeşlərin sayı xeyli az olması səni təəccübləndirdi?

- Açığı, başqa cür gözləyirdim. Ancaq matça az azarkeş gəlməsi böyük problem deyil. Təbii ki, sayın azlığına üzülürəm. Ancaq bizim işimiz oynamaq və qələbə əldə etməkdi. Daha yaxşı nəticələr olduqca, fanatlar da artacaq.

- Yunanıstanlı azarkeşləri çılğınlıqları ilə seçilirlər. Azərbaycanda tribunaları boş görən zaman təəccüblənmədin ki?

- "Qarabağ” azarkeşlərinin sonadək dəstək vermək bacarığını bilirdim. Sosial mediada gələn mesajlardan məni burada sevdiklərini hiss edtim. "Çelsi”yə böyükhesablı məğlubiyyətdən sonra belə dəstək vermələri alqışalayiqdi. Hamısı mənə deyirdi ki, hesaba fikir vermə, hər şey yaxşı olacaq. "Kəpəz"lə oyuna cəmi iki min azarkeş gəlsə də, onların sona qədər dəstək olmaları vacibdi. Bu, saydan önəmlidi.
 
- "Qarabağ”da hədəfin nədi?

- Komandaya qələbə qazanmaqda kömək etmək. Mən komanda oyunçusuyam. Meydanda birgə mübarizə aparanda mənə daha xoş gəlir. "Qarabağ"da uğurlu nəticələr əldə etmək istəyirəm. Əlbəttə, qol vurmaq və məhsuldar ötürmələr etmək yaxşı olardı. Lakin bu, bonusdur. "Qarabağ”la çempionluq qazanmaq istəyirəm. Bununla yanaşı, Çempionlar Liqasında bütün gücümü qoymağı və böyük təcrübə əldə etməyi hədəfə almışam.
 
- İndiyədək Azərbaycan və futbolumiz barədə nə bilirdin?

- İndiyə qədər ölkənizdə iki dəfə olmuşdum. Bakını çox bəyənmişəm və futbol barədə də məlumatım var. "Qarabağ” haqda da eşitmişəm. Çünki o, Avropa Liqasında keçmiş komandam "Rusenborq”a qarşı iki dəfə oynayıb. Düzdür, həmin matçlarda çıxış etməsım də, oyunlar haqda məlumatlıyam. "Qarabağ” hər zaman çempionluğa oynayır. Hazırkı komandamın Avropa Liqasının qrup mərələsində də matçlarını izləmişəm. "Qarabağ” Azərbaycanın böyük klubudu. Azərbaycan isə mənim üçün yeni ölkədi. Burada fərqli mədəniyyət və adətlərlə qarşılaşıram ki, bu da mənim üçün bir təcrübədi. Bu, mənə gələcəkdə kömək edəcək.
 
- "Qarabağ”a keçdiyini Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyiniz seçmə mərhələ oyunundan sonra öyrəndiyini söyləmişdin. Halbuki matç ərəfəsində bu barədə xəbərsiz olduğunu açıqlamışdın. Həqiqətən belə olub?


- Bəli, həmin dövrdə "Qarabağ”la danışıq aparırdım. Düşünürdüm ki, əvvəlcədən bu barədə fikir bildirməyim oyuna köklənməyimə mane olacaq. Yalan danışdığımı etiraf edirəm. Buna da onunla bağlıdır kii, bəzən vəziyyətdən asılı olaraq bu cür addım atmağa məcbur qalırsan. Azərbaycanla matç bizim üçün çox vacib idi və fkrimi dağıda bilməzdim. Bu üzdən başqa komanda ilə danışıq aparmağımla bağlı heç nə demədim. Həm də Oslodakı matçdan öncə hər şey yüz faiz həll olunmamışdı. Məsələ tam həllin tapsaydı, bu haqda açıqlama verəcəkdim. Oyundan sonra dəqiqləşdiyi üçün əvvəlcə başqa cür danışmalı idim.
 
- Yunanıstanın "Olimpiakos” kimi güclü klubundan "Qarabağ”a gəlmisən. Bunun səbəbi nədi?

- Açığı, "Olimpiakos”da işlərim elə də yaxşı getmirdi. Yay fasiləmiz qısa alındı. Cəmi 10 gün istirahət edərək toplanışa bir qədər gec qoşuldum. Üstəlik, mövqeyimə bir neçə futbolçu gətirilmişdi. Belə gördüm ki, baş məşqçi məni əsas heyətdə düşünmürdü. QAlsaydım, mənə daha çətin olacaqdı. Buna görə də belə bir seçim etməli oldum. Çempionlar Liqasının qrupunda oynamaq şansımı qaçıra bilməzdim. Bu, mənim arzum idi. Təklif gələn kimi şansı qaçırmadım. Hesab edirəm ki, "Qarabağ"a gəlməklə səhv etməmişəm və onunla böyük nəticələr əldə edə bilərəm. "Qarabağ” da çox böyük klubdur.