“AntiNeftçi” forması geydiyinə görə “Qarabağ”ın fan-klubundan uzaqlaşdırıldı

Dünən Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən “Qarabağ” - “Kəpəz” görüşündə Ağdam klubunun xanım fanatlarından birinin geydiyi forma müzakirələrə səbəb olub. Belə ki, xanımın geydiyi qara rəngli formanın arxasında “AntiNeftçi” yazılıb.

Nağıyeva Zəhra artıq üzvü olduğu “Ladies of “Qarabag” FC” fan-klubundan uzaqlaşdırılıb. O, hələ oyundan öncə belə bir istəyinin olduğunu desə də, fan-klub rəhbərliyi bunun yolverilməz olduğunu bildirib. 

Buna baxmayaraq, xanım azarkeşin oyuna məhz həmin formada gəlməsi ciddi narazılıq doğurub və o, dərhal fan-klubdan kənarlaşdırılıb.