Topaz Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlandı

Topaz Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb. Sumqayıtda startı veriləcək tura Qəbələdə yekun vurulacaq. Paytaxtdakı matçlar isə eyni gündə keçiriləcək. 3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. 

22 sentyabr (cümə)

“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 19:00

23 sentyabr (şənbə)

“Zirə” – “İnter”
Zirə İdman Kompleksinin stadionu, 20:00

“Səbail” -  “Kəpəz”
“Dalğa Arena”, 17:30

24 sentyabr (bazar)

“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 18:00