PFL “Kəpəz” – “Səbail” matçının yerini dəyişdi

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək Topaz Premyer Liqasının 6-cı turunun “Kəpəz” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Gəncə şəhər stadionunda təmir işlərinin davam etdiyini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib. 

Topaz Premyer Liqasının 6-cı turunun “Kəpəz” – “Səbail” matçı 23 sentyabr tarixdə “Dalğa Arena”da keçiriləcək. 

6-cı turda meydan sahibi “Səbail” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilib.