Bu gün həmkarlarımızın toyudu

Bu gün Azərbaycan idman mediası üçün əlamətdar bir gündü. Tanınmış jurnalist, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Firuz Abdulla “CBC Sport” kanalının şərhçisi, xanım həmkarımız Səmra Əliyeva ilə ailə həyatı qurur. Toy Bakıda "Mirvari Plaza" şadlıq sarayında olacaq.

Qeyd edək ki, F. Abdulla həmçinin "CBC Sport" kanalında yayımlanan İtaliya A seriyasının oyunlarında şərhçilik edir.

Sport24.az həmkarlarımızı həyatlarındakı bu xoş gün münasibətilə təbrik edir, onlara xoşbəxtlik arzulayır.