"Sumqayıt" - "Qarabağ" oyununun yeri dəyişdirildi

Topaz  Premyer Liqasının VI turuna sabah start verəcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib. Saat 19:00-da başlayacaq matç əvvəlcədən nəzərdə tutulduğu kimi Sumqayıtda “Kapital Bank Arena” yox, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Buna  səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının "gənclik şəhəri"ndəki süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Məlum olduğu kimi, Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdü. Qarşılıqlı razılığa əsasən VI turda meydan sahibi “Qarabağ”, II dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” olacaq.