Millimizin məşqçisi rəqiblərin hamısını güclü sayır: "İstərdik ki, qrupda ilk yerin sahibi kimi mərhələ adlayaq"

Azərbaycanda və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatından öncə məşqçilər və kapitanlar mətbuat konfransları keçiriblər.  Bakıda A qrupunda mübarizə aparacaq millimizin məşqçisi Famil Ağayev jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın məsul yarışa hazırlığı və hədəfi barəsində düşüncələrinzi necədi?

- Avropa çempionatına yaxşı hazırlaşmışıq. İki ayyyarımdır təlim-məşq toplanışındayıq. Bu müddətdə yoldaşlıq oyunları keçirmişik və oyunlara tam hazırıq. Azərbaycanda öz azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, bizim üçün böyük dəstəkdi. Oynamaq, vuruşmaq lazımdı. Qələbə əldə etməyə də tam hazırıq.

- Azarkeşlərin öz ölkəmizdə keçirilən Avropa çempiionatında istəyi də böyük ola bilər. Milli komandamlz buna nail olan biləcək gücdədirmi?

- Əlbəttə, gücümüzə, komandamıza inanıram. Ancaq indidən deyə bilmərəm ki, kim qələbə qazanacaq, kim məğlub olacaq. Hər şeyi oyun göstərəcək.

- 2015-ci ildə I Avropa Oyunlarında yaxşı çıxış etsəz də, mükafatçılar sırasna düşə bilmədik 4-cü yeri tutduq. Məhz bu amil bunu bir daha yaşaya bilməklə bağlı qorxu yaratmır?

- Həmin nəticələr keçmişdə qaldı. Biz qabağa baxmalıyıq. Artıq sabah yarışlar başlayır. Çalışacağıq ki, yaxşı çıxış edək.

- Millimizin lideri Natalya Məmmədovanın komandaya qayıtması nə dərəcədə vacib amildi?

- Onun dönüşü komandaya çox böyük koməkdi. Çünki Natalya çox güclü bir oyunçudu. O, indi də yaxşı formadadı və milliyə kömək edir.

- Bəs Yelizaveta Səmədovanın hazırkı vəziyyəti necədi?

- Düzdü,Yelizaveta bir qədər öncə xəsarət alsa  da, artıq zədədən qayıdıb. Hazırlığını 100 yox, 75-80 faizlə qiymətləndirmək olar. 

- Səmədova sünya çempionatının seçmə mərhələsi ilə müqayisə etsək, həmin formadadı, yoxsa bir qədər zəifləyib?

- Bir qədər zəifləyib. Amma çalışırıq ki, komandaya kömək etsin.

- Bəs sizi komandada hansı mövqe narahat edir? Hansılara xüsusi diqqət yetirməklə bağlı tapşırıq vermisiniz?

- Əsas üstünlük verdiyimiz top qəbuludu. Çünki bunda bir qədər çətinliyimiz olur. Amma bunun üzərində çox işlədik ki, aradan qaldıraq..

- Toppaylayıcı mövqeyində hansı voleybolçuya şans verməyi düşünürsüz? İlk namizəd kim nəzərdə tutulub?

- Bu mövqeyə oyunçularımız Kristina Yaqubova və Şəfaqət Həbibovadı. Ancaq son qərar verməmişik. Hər halda, Şəfaqətin zədəsindən sonra real vəziyyətdə üstünlük Kristinaya verilir.  Yəqin ki, sabah da turnirə onunla başlayarıq. Lakin yekun qərarı baş məşqçi verəcək.

- Qrupdakı rəqiblərimizi necə dəyərləndirərdiz?

- Rəqiblərimizə gəlincə, hamısı güclüdü. Almaniya, Polşa və Macarıstandan hansısına fərqləndirə bilmərəm. Rəqibi zəif görmək olmaz. Bu səbəbdən də bütün rəqiblərə ciddi yanaşırıq.

- Təbii ki, ilk növbədə qrup mərhələsində uğur qazanmalıyıq. Sizi qrupda ansı yer qane edəcək?

- İstərdik ki, qrupda ilk yerin sahibi kimi mərhələ adlayaq.