Elçin Məmmədov ÇL-in oyununa təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb. O, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də, Moskva şəhərindəki ÇSKA Arenada keçiriləcək ÇSKA (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.