Namaşko "Neftçi" variantından danışdı

Moldova milli komandasının qapıçısı Stanislav Namaşko karyerasını yenidən Azərbaycanda davam etdirmək variantından danışıb. Təcrübəli qapıçı  açıqlamasında "Neftçi"yə keçmək variantı haqda mətbuatda yazılanlara münasibət bildirib. Onun sözlərinə görə, bu klubdan təklif almayıb: "Hazırda mənə "Neftçi" variantı haqda heç nə məlum deyil. Buna görə də sizə bu informasiyayla bağlı heç nə cavab verə bilmərəm. Çünki bu haqda məlumatım yoxdu".

Xatırladaq ki, "Neftçi" millimizin də üzvü olan əsas qapıçısı Səlahət Ağayevi ağır zədə üzündən uzun müddətə itirib. Türkiyədə əməliyyat olunan 27 yaşlı qolkiper ən azı 3 ay, yəni bu il bir daha oynamayacaq. Belə olan halda, yeni qapıçı transferi gündəmə gəlib. Stanislav isə 2014-16-cı illərdə AZAL-da, "Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında oynayıb. 31 yalı Namaşko ölkəmizdən gedəndən sonra Yunanıstan Super Liqasında "Levadiakos"da oynayıb və hazırda klubsuzdu.(sport24.az)