İlham Əliyev millimizin oyununda

Azərbaycan və Gürcüstanın birlikdə təşkil etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatına start verilib. A qrupunda yer alan Azərbaycan milli komandası ilk turda Macarıstan yığması ilə qarşılaşır.

Oyunu izləyənlər arasında ölkə prezidenti İlham Əliyev də var. Dövlət başçımız Milli Gimnastika Arenasında idmançılarımıza dəstək verir.