Millimiz asan, Polşa çətin qələbəylə başladı

Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatı başlayıb. Mötəbər yarışın final mərhələsi 2 ölkədə - Azərbaycanda keçiriləcək. 

Özü də qonşu ölkə yalnız paytaxtı Tiflislə təmsil olunubsa, bizdə birdən-birə 2 şəhər - Bakı və Göygöl təşkilatçı olacaq. 

Dünən hər 3 şəhərdə matçlar olub. Saat etibarilə ilk qarşılaşma 15:30-da başlayıb. Ukrayna - Rusiya duelidi. Azərbaycan milli komandasının ilk sınağı Macarıstan yığmasıyla olub. Bu oyun saat 18:00-da başlayıb. Paytaxtımızdaki bu matçlar Milli Gimanstika Arenasında, Göygöldəkilər isə yerli Olimpiya İdman Kompleksində keçirilib. 

A qrupu (Bakı)

22 sentyabr

Macarıstan - Azərbaycan - 0:3 (23:25, 14:25, 16:25)

Polşa – Almaniya - 3:2 (23:25, 25:15, 18:25, 25:23, 15:5)

 

B qrupu (Tiflis)

22 sentyabr

İtaliya – Gürcüstan - 3:0 (25:14, 25:11, 25:12)

Belarus – Xorvatiya - 3:2 (10:25, 15:25, 25:21 25:20, 15:9)

 

C qrupu (Bakı)

22 sentyabr

Ukrayna – Rusiya - 2:3 (18:25, 25:20, 23:25, 25:23, 13:15)

 

D qrupu (Gəncə/Göygöl)

22 sentyabr

Serbiya - Çexiya - 3:0 (25:22, 25:16, 25:23)

Hollandiya – Belçika - 3:1 (23:25, 25:12, 25:21, 25:14)