"Qarabağ" liderliyə darmadağınla yüksəldi

Topaz Premyer Liqasında VI tura start verilib. Açılış matçı "Qarabağ"la "Sumqayıt" arasında olub. Sumqayıtlılar erkən qolla ilk hissəni 1:0 hesabı ilə qalib başa vursalar da, Mempionlar Liqasındakı təmsilçimzi sensasiyaya imkan verməyib. Çempionatın bombardiri Mahir Mədətov etdiyi dublla liderliyini yüksəlib, Pedro Enrike isə "Qarabağ"da qol hesabını açıb. 

Beləliklə, "Qarabağ" ən azı 1 günıük olsa da liderliyo darmadağınla ələ keçirib. Komanda 1 oyun ehtiyatda olan, sabah "İnter"i qəbul edəcək "Zirə"ni 2 xal qabaqlayır. 

Topaz Premyer Liqası

VI tur
22 sentyabr (cümə)

“Qarabağ” - “Sumqayıt” - 4:1 
QOLLAR
: Pedro Enrike, 56, Riçard Almeyda, 62-pen, Mahir Mədətov, 65, 75 - Bəxtiyar Həsənalızadə, 7.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.