“Qarabağ” - “Roma” matçı günorta keçiriləcək

UEFA Gənclər Liqasının 2-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Roma” oyununun başlama saatı bəlli olub.  UEFA-nın rəsmi saytına istinadən xəbər veririk ki, görüş sentyabrın 27-də Suraxanı qəsəbəsindəki “Azərsun Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Qeyd edək ki, komandaların hər birini sıfır xalı var. İlk turda “Qarabağ” “Çelsi”yə 0:5, “Roma” isə “Atletiko”ya 1:2 hesabı ilə uduzub.

“Qarabağ”la “Roma”nın əsas komandaları da sentyabrın 27-də qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək bu görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.