"Zirə" evdə ilk dəfə xal itirdi, "Qarabağ" lider qaldı

Topaz Premyer Liqada VI tur  2 oyunla davam edib. Maçlar paytaxtdan bir qədər kənarda - Mərdəkanda və Zirə qəsəbələrində keçirilib. 

Çempionatın debütantı "Səbail" "Kəpəz"i qəbul edib. Yeganə qələbəsini elə "Dalğa Arena"da qazanan Samir Əliyevin komandası növbəti 3 xalı autsayderlə matçda  əldə edib və yenə hesab 1:0 olub. 

Günün digər oyununda isə "Zirə" "İnter"i qəbul edib. "Qarabağ"ın "Sumqayıt" üzərində qələbəsindən sonra 2-ci pillətə enən Ayxan Abasovun komandası qələbə sayəsində liderliyini qaytara bilər.di. Ancaq cari mövsümdə evdə ilk xal itkisi "Qarabağ"ın lider qalmasıyla nəticələnib. Növbəti turda qarşılaşacaq komandalar arasında xal fərqi 1-di. 
 

“Səbail” - “Kəpəz” 1:0 
QOL: Elman Taqayev, 60

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov,  Rauf Cabbarov
Bakı. “Dalğa Arena” stadionu

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 69. Renan Telles, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Murad Ağayev, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 11. Kamran Abdullazadə, 7. Sergey Çernişev, 2. Yusif Cəfərov, 17. Əli Səmədov, 14. Fərid Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.

20:00. “Zirə” - “İnter” - 1:1 

QOLLAR:  Yovan Krneta, 67 - Sertan Taşkın, 21 

QIRMIZI VƏRƏQƏ: İlkin Qırtımov, 43 ("İnter", ikinci sarı)
Hakimlər:
 İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
Bakı. Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 9. David Manqa, 11. Viktor İqbekoyi, 14. Qabriel Matey, 17.Vüsal İsgəndərli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 13. Aleksandr Şemonayev, 19. Elgün Nəbiyev, 20. Camal Camalov, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad  Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 57. Əkbər Vəliyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli.
Baş məşqçi: Zaur Svanadze.