Şahin Diniyev: "Gərək oyun olsun ki, futboldan danışasan"

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Səbail” – “Kəpəz” oyunundan sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev matçsonrası mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis oyundan narazı qaldığını gizlətmədi.

-    Gərək oyun ola ki, danışasan. Olmayan oyun haqda danışmaq çətindi. Psixoloji təzyiq altında çıxmışdı komanda. Bütün xətlər zəif çıxış etdi. Hesab açıldıqdan sonra isə “Səbail” müdafiəyə çəkildi. Bizdə elə bir futbolçu yoxdu ki, oyunu üzərinə götürə bilsin.

-    Qeyd etdiniz ki, komanda psixoloji basqı altında idi. Söhbət turnir cədvəlindəki mövqedən gedir, yoxsa maddi durumdan?
-    Topladığımız xal və turnir cədvəlindəki mövqeyimiz hər oyunda bizi təzyiq altında saxlayır. Ancaq toparlanmalıyıq və vəziyyətdən çıxmalıyıq.

-    Rəhim Həsənovdan tez-tez narazılıq eirdiniz...
-    Yox, sadəcə, oyuna 4 dəqiqə əlavə olundu. Ancaq İlkinə 3 dəqiqə 15 saniyə kömək göstərildi. Əvəzetmələri də üstünə gəlin.