Samir Əliyev: "Turlar ötdükcə, rəqiblər bizi daha yaxşı təhlil edir"

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Səbail” – “Kəpəz” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev mətbuat konfransı keçirib. Mütəxəssis nəticədən razı qaldığını bildirib.

- Çətin oyun oldu. “Kəpəz” üçün qələbə qazanmaq çox vacib idi. Amma biz də məğlub olmaq niyyətində deyildik. Qol vəziyyətlərimiz az olsa da, qələbə qolunu vurmağı bacardıq. Qələbə qazandığımız üçün çox şadıq.

- Qələbə qazansanız da, komandanız məzmunlu futbol sərgiləmədi. Bu fikirlə razısınız? 
- Deməzdim ki, oyunumuzdan razıyam. Amma qələbə qazanmaq çox vacibdi. Bəzən pis oynayıb, qələbə qazanmaq da bizə sərf edir. 

- Hər halda, "Səbail" cari mövsümdə ən zəif oyununu keçirdi...

- Turlar ötdükcə, rəqiblər bizi daha yaxşı edir. Şahin Diniyev geclü mütəxəssisdi. Rəqib imkan verdiyi qədər oynadıq.

- Axı, "Kəpəz" də ortaya futbol adına heç nə qoymadı...

- Mən öz komandama cavabdehəm.

- Rumıniyalı hücumçunun adı komandanızla birgə hallanır. Onun keçidi baş tutacaq? 
- O, Artıq tibbi müayinədən keçib və müqavilə də imzalayıb. Bu gün şənbə günüdü və bu səbəbdən Rumıniya Futbol Federasiyasından sənədlərini ala bilmədik. Çox güman ki, gələn oyunlarda bizimlə birgə olacaq. Hücumda rəqabəti artırmaq üçün onu komandamıza dəvət etmişik. 
-6 tur və iki qələbə.

- Nəticələrinizdən razısınız?

- Məncə, yeni yaranan komanda üçün yaxşı nəticədi.