"İnter" kapitanını da itirdi

"İnter" Topaz Premyer Liqasının VI turunda "Zirə"ylə səfər matçında daha bir zərbə alıb. Komanda kapitanı Nizami Hacıyevi də matçın gedişində itirib.

Buna səbəb Nizaminin 76-cı dəqiqədə zədələnməsi olub. Onu Samir Zərgərov əvəzləyib. Hacıyev isə bir müddət meydanın kənarında tibbi yardım almaqda davam edib və topdaşıyan uşaqların köməyi ilə axsayaraq ehtiyat oyunçular skamyaslna yollanıb. .

 Xatıladaq ki, "İnter"  ilk hissənin sonuna yaxın 2-ci sarı vərəqə alaraq meydandan qovulan İlkin Qırtımova görə azlıqda qalıb. Həmin vaxt qonaqıar hesabda 1:0 irəlidə idisə, indi 1:1-di.