“Qəbələ”nin futbolçuları yumruq davasına çıxdı

Topaz Premyer Liqasının 6-cı turunda “Qəbələ” evdə “Neftçi”ni 2:1 hesabıyla məğlub edib. Oyun bitən kimi “Qəbələ”nin futbolçuları - Stiven Jozef Monroz və Ruslan Qurbanov arasında gərginlik yaşanıb. 

Belə ki, iki oyunçu arasında olan anlaşılmazlıq davaya çevrilib. Legioner futbolçu bilinməyən səbəbdən Qurbanovun üzərinə hücum edib. Matçın baş hakimi Fariz Yusifov Monroza qırmızı vərəqə göstərib.