Ruslan Qurbanov Monrozla davasına aydınlıq gətirdi: "O, ağzıma yumruqla vurdu və dedi ki, ağzını yum"

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının VI turunda "Neftçi" ilə oyundan sonra fransalı komanda yoldaşı Stiven Monrozla davası haqqında danışıb. Millimizin üzvü günahın legionerdə olduğunu bildirib: "Monroz tək driblinq edirdi. Ona dedim ki, sən driblinqi cərimə meydançasında edə biləsən, amma kənarda tək deyilsən. Oyundan sonra bunu danışdıq. O, ağzıma yumruqla vurdu və dedi ki, ağzını yum".