Fariz Nəcəfov: "Günahkar ciddi cəzalandırılacaq"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Neftçi" ilə oyundan sonra komandanın futbolçuları Ruslan Qurbanov və Stiven Jozef Monroz arasında baş vermiş dava barədə fikirlərini bölüşüb. Klub funksioneri, yaşanmış olayı pisləyib. 

O, məsələnin araşdırılacağını və günahkarın ciddi cəzalanacağını söyləyib: "Rəhbərlik o vaxt futbolçu ilə bağlı qərar qəbul edir ki, baş məşqçi belə istəsin. Yəni, Roman Qriqorçuk istəsə, biz futbolçunu cərimə edə bilərik. Amma sözsüz ki, bu, xoşagəlməz haldır. Ümumiyyətlə, belə halları qəbul edə bilmirəm ki, komanda yoldaşları bir-biriləri ilə kobud rəftar etsinlər. Yəqin ki, məsələ ciddi araşdırılacaq və kim günahkardısa, çox ciddi cəzalandırılacaq. Bu, birmənalıdı. Başqa cür ola bilməz. Bu, futbolçu və ya baş məşqçidən asılı məsələ deyil. Birbaşa klubun imicinə toxunan hadisədi və qəbulolunmazdı".

Qeyd edək ki, hadisə ilə əlaqədar baş hakim Fariz Nəcəfov final fiti səsləndikdən sonra Stiven Jozef Monroza qırmızı vərəqə göstərib.