Cüdo millimiz Avropa açıq çempionatını 5 medalla başa vurdu

Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb. Yarışda əsas heyətlə çıxış etməyən Azərbaycan millisi bu gün aktivinə daha 2 medal yazdırıb. 

Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb. 

Beləliklə, millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.