Azərbaycan Polşanı quru hesabla məğlub etdi, Macarıstan Avropa çempionatıyla vidalaşdı

Azərbaycan və Gürcüstanda təşkil olunan qadın voleybolçular arasında Avro-2017 davam edir. 2-ci turun qarşılaşmasını keçirilib.
 
Faiq Qarayevin yetirmələrinin yer aldığı A qrupunda 2 görüş baş tutub. Komandamız bu dəfə Polşa ilə qarşılaşıb. Qrupun digər qarşılaşmasında isə Almaniya keçirdiyi hər iki oyunda məğlub olan Macarıstanla üz-üzə gəlib.

Qeyd edək ki, Türkiyə - Bolqarıstan matçında 5 setə ehtiyac duyulduğundan Azərbayan - Polşa görüşü 18:30-da start götürüb.
 
A qrupu
18:00. Azərbaycan – Polşa 3:0 (25:14; 25:21; 25:23)
20:30. Almaniya – Macarıstan 3:1 (25:21; 19:25; 25:21: 25:18)