Namiq Ələsgərov: "Neftçi"nin liderə ehtiyacı var"

"Qəbələ" hər il çempionluğa oynayan komandadır və hər il onunla oynamaq çətindi. Rəqibimiz son mövsümdə daim ilk pillələrdə olur. Ancaq deməzdim ki, biz ondan zəif oynadıq və ya zəif komandayıq". Bu fikirləri açıqlamasında "Neftçi"nin futbolçusu Namiq Ələsgərov bildirib. Topaz Premyer Liqasının VI turunda "Qəbələ"yə səfərdə 1:2 hesabı ilə uduzduqları matçda komandasının yeganə qolunun müəllifi olan millimizin üzvünün fikrincə, bu qarşılaşmada məğlubiyyətə layiq olmayıblar. Sadəcə, qol vəziyyətlərindən lazımınca yararlana bilməməkləri öz sözünü deyib: "Komandamızdakı əcnəbi hücumçular var - Uqo Barqasla Daniel Seqoviya. Məşqlərdə ikisi də yaxşıdı, qollarını vururlar. Ancaq deməzdim ki, uğursuzluq tək onlara görədi. Qolu tək onlar yox, bütün komanda vurur. Onlar fərqlənməyəndə də başqa oyunçular vurmalıdı. Ancaq hələ ki heç kimdə alınmır. "Hesab edirəm ki, Qəbələ" ilə  bərabər səviyyəli, hətta ikinci hissə ondan daha yaxşı oynadıq. Yaxşı komandadı, hamı gücünü bilir, yaxşı komandadı. "Qəbələ"ni bu oyuna, bu qələbəyə görə təbrik edirəm". 

Namiq hər oyuna qələbə qazanmaq üçün çıxdıqlarını söyləyib: "Növbəti turda "İnter"lə səfər matçımızda da belə olacaq. İnanıram ki, nə vaxtsa hər şey bizim üçün yaxşlığa doğru dəyişəcək. İrəli doğru gedəcəyik, hansısa oyunda bu tilsimi qıracağıq, qələbələr qazanmağa başlayacağıq".

Ələsgərov komanda üzərində psixoloji təzyiqin olduğunu etiraf edib:" Bizə 1 qələbə lazımdır ki, bu psixoloji vəziyyətədn çıxaq. Məğlub olduqca bu pisxoloji təzyiq daha da artır. İstəyirik ki, heç olmasa 1 qələbə qazanaq. İnanıram ki, bu qələbə vəziyyətdən çıxmağımıza kömək olacaq". 

Gənc yarımmüdafiəçi yeni baş məşqçi Tərlan Əhmədovun komandada ab-havanın yaxşı olması üçün hər şeyi etdiyini deyib: "Tərlan müəllim hər şeyi edir ki, komandada psixoloji vəziyyət düzəlsin. Bu, məşqlərdə hiss olunur. O, əşqlərdə hər şeyi düzəldib. Sadəcə, qələbə qazansaq, hər şey daha yaxsı olacaq. Heyətdəki edilməli olan dəyişiklərərə gəlincə, bunu mən deyə bilmərəm. Bu, baş məşqçiyə aid məsələdi. Tərlan müəllim bu haqda nəsə deyər".  

Namiq məhz hazırkı çalışdırıcının gəlişindən sonra "Neftçi"nin heyətincə cəlb etdiyi sabiq kapitanı Rəşad Sadiqova böyük ümidlər bəsləyir: "Rəadın təcrübəli, öz sözünü demiş futbolçudu. Onun da gəlişi komandaya müsbət təsir elədi. Çünki "Neftçi"nin iderə ehtiyacı var.  Rəşad yaxşı, yaşlı futbolçudu. Onun gəlişinin gələcəkdə komandaya daha böyük təsiri olacaq".

Ələsgərov sonda öz oyunu haqda da danışıb: "Əlbəttə, komandanın uğursuzluğu mənə də təsir edir. Fikirləşirəm ki, hələ ki bu il yaxşı oyun göstərə bilmirəm. Komanda uduzduqca, istər-istəməz mənim də üzərimdə təzyiq olur. Buna görə də məndə hələ alınmır. Hələ ki istədiyim oyunu göstətə bilmitəm".