AFFA “Bakılı” və “Şahdağ”la bağlı qərarını açıqladı

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Iclasda “Bakılı” FK və “Şahdağ” FK tərəfindən Birinci Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb. 

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. “Bakılı” FK və “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.

2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.