İtaliya mətbuatı "Qarabağ" - "Roma" oyununun start heyətlərini göstərdi

İtaliya mətbuatı Çempionlar Liqasının qrup mərhələsinin II turunda sentyabrın 27-də keçiriləcək "Qarabağ" - "Roma" oyununa ehtimal olunan heyətləri yazıb. Italiyalı həmkarlarımız "Qarabağ"ın qapısında "Çelsi" ilə matçda səhvlərinə baxmayuaraq yenə İbrahim Şehiçin duracağını düşünürlər. Onların müdafiə xəttini Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Yakun Jezniçak təşkil edir. Yarımmüdafiə xəttində Qara Qarayev , Riçard Almeyda, Migel Madera, Pedro Enrike və Daniel Gerrye, hücumda isə Dini Ndlovu yer alıb. İtalyanlar təmsilçimizin 4-2-3-1 taktiki sxemlə meydana çıxacağını göstərib. 

"Roma"nın ehtimal olan start heyətində qapıda Alisson Bekker, müdafiədə Kostas Manolas, Federiko Fazio, Aleksandr Kolarov, yarımmüdafiədə Cüzeppe De Rosso, Kevin Strootman, Raca Naynqolan, Qreqor Defrel, Dieqo Perotti, və hücumda EDin Dzeko yer alır. Əslində, Defrelllə Perrotti cinahdan hücumlara dəstək olacaqlar və bununla da rəqibimizin 4-3-3 taktiki düzülüşü olacağı qeyd olunub. İtalyanlar ilk "11-lik"lə bağlı yeganə tərəddüdü müdafiənin sağında Bruno Peres, yoxsa ağır zədədən yeni dönən Alessandro Florensinin oynaması ilə bağlıdı.