İlham Əliyev yenə millimizin yanında

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qadınlardan ibarət voleybol yığmamızı Avropa çempionatının 3-cü qrup matçında da tək qoymayıb. Ölkə başçısı bu dəqiqələrdə davam edən Azərbaycan – Almaniya matçını Milli Gimnastika Arenasının tribunasından izləyir.

Qeyd edək ki, İ.Əliyev daha öncə Azərbaycan – Macarıstan və Azərbaycan – Polşa oyunlarını da canlı izləyib.