“Qarabağ”dan azarkeşlərə müraciət

Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində doğma meydanda İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərinə müraciət edib. Müraciətdə bunlar qeyd olunub: “UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ"- "Roma" matçına bilet alan azarkeşlərimizdən xahiş olunur ki, qarşılaşmanın başlamasına 2 saat qalmış stadiona gələrək tribunada yerlərini tutsunlar”.

Qeyd edək ki, bu oyun üçün satışa çıxarılmış bütün biletlər satılıb. Bu üzdən də 65 minlik Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda anşlaq gözlənilir. 

“Qarabağ” - “Roma” oyunu sentyabrın 27-də, saat 20:00-da start götürəcək.