Azərbaycan Almaniyanı da məğlub edib, AÇ-nin 1/4 finalına yüksəldi

Azərbaycan və Gürcüstanda qadın voleybolçular arasında keçirilən Avropa çempionatı davam edir. Tiflis və Göygöldə qarşılaşmalar başa çatdığından qrup mərhələsinin son matçları Bakıda baş tutub.
 
Yığmamızın yer aldığı A qrupunda qrup qalibinin adına aydınlıq gətirilib.  Bu görüşdə Faiq Qarayevin yetirmələri qalib gələrək qrup qalibi kimi birbaşa ¼ finala adlayıblar.

25 sentyabr

Qadınlar arasında Avropa çempionatı

A qrupu

Azərbaycan - Almaniya 3:1 (19:25; 25:19; 25:18; 25:18)