"Prosineşki 3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir"

“Het-trik etməyim əla oldu. Ancaq məni bu yox, daha çox nəticə, komandamın qələbəsi maraqlandırır". Bu fiikirləri Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında deyib.

26 yaşlı futbolçu Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"nun hücumçusu son turda “Bautzen”ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə 3 qol vurması haqda fiki bildirərkən millimizdə çıxış etdiyi vaxtları da xatırlayıb: “Berti Foqts millinin baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma Prosineçki gələndən sonra vəziyyət dəyişdi. O,  3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir”.

Almaniya mətbuatı yazır ki, Rüfət het-trik etməklə özünü Prosineçkiyə ən yaxşı şəkildə sübut edib. 

Xatırladaq ki, Dadaşov 2013-14-cü illərdə millimizdə çıxış etdiyi 16 oyunda 4 qol vurub. Prosineçki onun kiçik qardaşı Renatı millimizə çağırır.