Pedro Enrike: "Çalışacağıq uğurlu nəticə qazanaq"

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Roma”ya qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Braziliyalı yarımmüdafiəçi paytaxtımızdakı görüşdə uğurlu nəticəyə ümid etdiyini bildirib:

“Qürur hissi duyuram ki, “Qarabağ”la belə bir mötəbər turnirdə evdə oynamaq şərəfini qazanacam. Bizi çox çətin oyun gözləyir. Bu turnirdə oynamaq tək mənim üçün yox, hər bir komanda yoldaşım üçün qürurvericidi. Evdə ilk oyunumuzdu və çalışacağıq uğurlu nəticə qazanacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sabah saat 20:00-da start götürəcək.