"Roma"nın müdafiəçisi: "Qarabağ" son vaxtlar çox irəliləyib"

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın müdafiəçisi Juan Jesus  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Müdafiəçi nikbinliyini gizlətməyib.
 

-  Sizə elə gəlmir ki, müdafiədən oynayandan bəri komandanızın çıxışı elə də yaxşı alınmır?
- Məqsədimiz top olan yerdə oynamaqdı. Fikrimcə, bu məsələ həddən çox şişirdilir. Komanda şəklində oynayırıq.

- Sabah tribunada 60 mindən çox fanat olacaq və  Azərbaycan prezidenti İlham Əliyev də görüşü izləyəcək. Sabahkı görüş çətin olmayacaq? 
-  Çətin olacaq. Rəqib ilk oyunda məğlub olduğu üçün bu matç onlar üçün vacibdi. Onlar ilk matçdakı nəticənin təsadüf olduğunu  sübut etməyə çalışacaqlar.

- Əvvələr “İnter”in heyətində “Neftçi” və “Qarabağ”a qarşı oynamısan. Bu görüşləri necə xatırlayırsan?
- “Cüzeppe Meatsa”dakı oyun yadımdadı. “Qarabağ” son vaxtlar çox irəliləyiş əldə edib. Bugünkü “Qarabağ” həmin dövrdəkindən güclüdü. 

- Yeni mövsüm sizin üçün yaxşı başladı. Sizcə, bu məşqçinin əməyidi, ya əvvələr “Roma”ya öyrəşə bilmirdiniz?
- Yeni kluba keçəndə öyrəşməyə vaxt lazımdı. Bu məsələnin təsiri var. Təbii məşqçidən də asılıdı. Amma mən də üzərimdə işləyirəm.