Autizmli uşaqlar “Neftçi”nin məşqində - FOTO

“Neftçi” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter”lə keçiriləcək oyunun hazırlığına start verib. Klubun təlim-məşq bazasındakı meydançada baş tutmuş məşqdə Autizm və İnkişaf Mərkəzindən gəlmiş uşaqlar da iştirak ediblər. Qonaqlar komanda üzvləri ilə xatirə şəkli çəkdiriblər.