"Qarabağ" Miçeli cəzalandırdı

"Qarabağ"ın futbolçusu Miçel klub tərəfindən cəzalanıb.
 
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
 
O, ispaniyalı yarımmüdafiəçinin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının VI tur matçında qırmızı vərəqə almasını səbəb göstərib: "Belə şeylər bağışlanılmır. Amma idmanda bu cür səhvlər mümkündür. Hətta özümdə də olur. Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah "Roma" ilə matçda meydanda olma ehtimalı çoxdur".
 
Qeyd edək ki, Miçel "Qarabağ"ın "Sumqayıt"ı 4:1 hesabı ilə yendiyi görüşün 88-ci dəqiqəsində qırmızı vərəqə alıb.