"Qarabağ" "Roma"ya məğlub oldu

Bu gün UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində növbəti oyunlar keçirilir.
 
Futbolxeber.az xəbər verir ki, turnirindəki təmsilçimiz “Qarabağ” qrup mərhələsində “Roma” klubunu qəbul edib. Əzmkar oyun nümayiş etdirməsinə rəğmən, təmsilçimiz minimal hesabla məğlub olub - 1:2.
 
Xatırladaq ki, ilk oyunda "Qarabağ" səfərdə “Çelsi”yə böyük hesabla uduzmuşdu 0:6. 
 
27 sentyabr
C qrupu
 
"Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) 1:2
Qollar: Kostas Manolas, 7 (0:1), Edin Ceko, 15 (0:2), Pedro Enrike, 29 (1:2)
Baş hakim: Artur Dias (Portuqaliya) 
Bakı Olimpiya Stadionu