Futzal üzrə növbəti ölkə çempionatının püşkü atıldı

Futzal üzrə növbəti ölkə çempionatının püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın inzibati binaısnda keçirilən tədbirdə iştirakçı komandaların adları açıqlanıb.

Bunlar 7 klub - "Araz", "Ekol", "Neftçi", "Yasamal", "Xəmsə", "Marafon" və FK İD-di.

Atılan püşkə əsasən ilk turda "Ekol" - "Araz", FK İD - "Marafon", "Neftçi" - "Yasamal" qarşılaşmaları keçiriləcək. Hər turda bir komanda istirahət edəcək və ilk olaraq bu, "Xəmsə"di.

Çempionat 4 dövrədən ibarət olacaq və hər komanda mövsümdə 24 oyun keçirəcək. İlk tur mayın 30-da "ABU Arena"da olacaq. İkinci turdan etibarən isə matçlar Bakı İdman Sarayında keçiriləcək.