"Qarabağ"ın məğlubiyyəti Azərbaycanın mövqeyini dəyişmədi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turundan sonra növbəti reytinqi açıqlayıb.
 
 Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 
 
Belə ki, “Qarabağ”ın “Roma”ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub, ancaq eyni bizi geri salmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 18.625 xalı var.
 
Ən yaxın izləyicimiz isə dəyişilib. Bu, 2 pillə irəliləyərək 23-cü yerə yüksələn Şotlandiyadı. Britaniyalılar İsveçlə Belarusu arxada qoyub. Azərbaycan yeni qonşusu Şotlandiyanı hazırda 0.500 xal qabaqlayır. Ölkəmizdən  pillə irəlidə olan Rumıniyanın 19.050 xalı var.