"Neftçi"də gözlənilməz istefa

“Neftçi”də növbəti istefa reallaşıb.
 
Klubun  Media və Marketinq Departamentinin rəisi Rüstəm Əfsərli tutduğu postdan gedib.
 
Onu kimin əvəzləyəcəyi isə hələ ki, rəsmiləşməyib.
 
Qeyd edək ki, Əfsərli bu ilin iyun ayından “ağ-qaralar”da çalışırdı. O, bu postda Mehman Rəsulovu əvəzləmişdi.