Millimizin heyəti açıqlandı: Prosineçki "Səbail"dən futbolçu çağırdı

Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya, 9-da Almaniyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Yığmanın xorvatiyalı baş məşqçisi Robert Prosineçki aşağıdakı futbolçulara dəvət göndərib:

Qapıçılar - Kamran Ağayev (“Mlada”, Çexiya), Anar Nəzirov (“Zirə”), Emil Balayev (“Səbail”)

Müdafiəçilər - Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov (“Qarabağ”), Rəşad Sadıqov (“Qarabağ”), Maksim Medvedev (“Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”),

Yarımmüdafiəçilər - Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev (“Qarabağ”), Qara Qarayev (“Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Təmkin Xəlilzadə (“Zirə”), Mahir Mədətov (“Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr), Əfran İsmayılov (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”),

Hücumçular - Ruslan Qurbanov (“Qarabağ”), Namiq Ələsgərov (“Neftçi”), Ramil Şeydayev (“Qarabağ”)Ş Renat Dadaşov (“Ayntraxt”, Almaniya)

Siyahıda əsas diqqəti çəkən məqam Emil Balayevin milliyə çağırılmasıdı. Millimizin və "Neftçi"nin qapıçı Səlahət Ağayev əməliyyat olunduğundan ili vaxtından əvvəl başa vurmalı olub. Prosineçki gənc qapıçıya dəvət göndərməklə onun klubundan milliyə ilk dəfə futbolçu çağırılmasını reallaşdırıb.