"Neftçi"nin yeni mətbuat xidmətinin rəhbəri müəyyənləşdi

“Neftçi”nin yeni mətbuat xidmətinin rəhbəri müəyyənləşib. Rüstəm Əfsərlinin “CBC Sport” telekanalına qayıdışından sonra vakant qalan posta digər həmkarımız – Anar Şabanoğlu təyin edilib.

Jurnalistika karyerasına 18 il öncə “Futbol+” qəzetində başlayan Şabanoğlu “İdman”, “525-ci qəzet” və “CBC Sport” telekanalında da çalışıb.

 

Qeyd edək ki, Şabanoğlu vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq.