Yığmamız Avropa çempionatında İspaniya ilə bir qrupa düşdü

Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.  Sloveniyanın paytaxtı Lüblyanada keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Belə ki, Joze Alesio da Silvanın baş məşqçi olduğu komanda İspaniya və Fransa ilə birgə D qrupuna düşüb. 

A qrupu: Sloveniya, İtaliya, Serbiya
B qrupu: Rusiya, Qazaxıstan, Polşa
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya
D qrupu: İspaniya, Azərbaycan, Fransa