"Bursaspor"un futbolçusu millimizdən imtina etdi: "Azərbaycandakı futbolçu dostlarıma haqsızlıq edirəm"

"Bursaspor"un futbolçu Ozan Kokçu Azərbaycan yığmasında çıxışını dayandırıb. Bu haqda gənc futbolçu sosial şəbəkədə paylaşım edib.

Ozan millimizdə bir daha oynamaqdan imtian edib: "Yenicə qəbul etdiyim qərarı sizinlə paylaşmaq istəyirəm! Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq canımız, qanımızdan olan Azərbaycan milli komandasının formasını geyindim və bundan yalnız qürur duydum. Təəssüf ki, son zamanlardakı bəzi olaylar məni düşündürdü və belə bir qərar aldım! Məncə, milli komandalarda oynayacaq futbolçu o məmləkətin səfasını çəkən, orada doğulub böyüyən və ya özünü o məmkətənin vətəndaşı hiss edən futbolçulardan olmalıdır!!! Mən o ölkədəki futbolçu dostlarımıza haqsızlıq etdiyimi düşünərək Azərbaycan milli komandasından üzr istəyirəm və yerinə oynayacaq dostlarıma ürəkdən uğurlar arzulayıram. Qəlbim sizinlədi!!!"