Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri müəyyənləşib. Oktaybrın 5-də keçiriləcək qarşılaşmada Fransadan olan hakimlər ədaləti təmsil edəcəklər.

Matçda baş hakim Benue Milyo olacaq. Ona həmyerliləri Yuliyen Paselli və Bertran Juano kömək edəcək. Frank Şnayder ehtiyat hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.