Azər Bağırov istefa verdi

"Qaradağ Lökbatan" komandasının baş məşqçisi Azər Bağırov istefa verib.  PRO kateqoriyalı məşqçi klub rəhbərliyinə mürəciət edib və qarşılıqlı razılıq əsasında o fəaliyyətini sonlandırıb. 

Buna səbəb təcrübəli mütəxəssisin artıq I Divizionda fəaliyyət göstərmək istəməməsi olub. 

Qeyd edək ki, Azər Bağırov verdiyi müsahibələrdə I Divizionda heç bir inkişafın olmadığını dəfələrlə dilə gətirmişdi. Onun rəhbərlik etdiyi komanda ötən mövsüm I Divizionu 4-cü pillədə başa vurmuşdu. 

Əlavə edək ki, son vaxtlar Azər Bağırovun milli komandalardan birinə baş məşqçi gətiriləcəyi iddia olunur.