Robert Prosineçki: "AFFA ilə müqaviləm başa çatandan sonra ürəyimin səsinə qulaq asacağam"

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki gələcək karyerasından söz açıb. AFFA ilə bu ilin son ayınadək müqaviləsi olan xorvatiyalı mütəxəssis daha böyük uğurlar əldə etmək istədiyini bildirib.

Prosineçki müqaviləsi başa çatdıqdan sonra ürəyinin səsinə qulaq asacağını bildirib:  "Baş məşqçi kimi daha yaxşı inkişaf etmək istəyirəmsə, irəli getməliyəm. Bu səbəbdən də, ürəyimdən gələn səsə qulaq asacağam. Düşünürəm ki, daha ciddi uğrular əldə etmək üçün potensialım və gücüm var. Hər şeyə müqaviləm başa çatandan sonra aydınlıq gələcək".

Xatırladaq ki, Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın 4-də başa çatacaq.