TPL: "Qarabağ" - "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun görüşlərinə yekun vurulacaq.

Son oyun günü "Qarabağ" və "Zirə" futbolçuları üz-üzə gələcək. Tofiq Bəhramov  adına Respublika stadionunda oynanılacaq matç saat 18:00-da start götürəcək. 

Qeyd edək ki, hazırkı turnir cədvəlində Ağdam klubu 1 oyun az keçirməklə 15 xalla lider, ikinci sırada isə 14 xalla "Zirə" yer alıb.

 

 

Azərbaycan Premyer Liqa, 7-ci tur
1 oktyabr (bazar)

18:00.“Qarabağ” – “Zirə”
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu