Qurban Qurbanov: "Rəqibin oyununu kiçiltməyək"

Topaz Premyer Liqasının VII turunun son oyununda “Zirə”ylə ev oyununda qolsuz bərabərliyə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.Təcrübəli mütəxəssis oyundan narazı qalmadıqlarını bildirib.

-    Ağır oyun oldu. Topa istədiyimiz kimi nəzarət edə bilmədik. Rəqib inamlı müdafiə olundu. Futbolçuları qınamağa ehtiyac yoxdu. Heyətdə xeyli rotasiya etmişdik və bu, müəyyən anlaşılmazlıqları şərtləndirirdi. 

-    90-cı dəqiqəyədək komandanız qol imkanı yaxalaya bilmədi. Bu, çempionata motivasiya ola bilməməkdən qaynaqlanır?
-    Qeyd etdiyim kimi, heyətdə rotasiyalar etmişdim. Digər tərəfdən də rəqibin oyununu da kiçiltməyək.

-    Çempionatda yaranan fasilə komandanıza müsbət, yoxsa mənfi təsir göstərəcək?
-    11-12 oyunçumuz qalacaq. Müxtəlif yığmalara dəvət alıblar. Bunu normal qarşılayırıq.

-    “Qarabağ 6 oyuda 5 qələbə qazanıb və 1 heç-heçəyə imza atıb. Bu, komandanızın gücündən xəbər verir, yoxsa, rəqibləriniz zəifləyib?
-    Heyətimiz genişdi. İstədiyimiz futbolçuları oyuna daxil edə bilirik. Deməzdim ki, rəqiblərimiz zəifləyib.